“Avşarlar İnşaat” MMC 2 iyun 2023-cü il tarixində fəaliyyətə başlamış və qısa müddətdə tikinti sektorunda etibarlı tərəfdaş statusu qazanmışdır. Şirkətin fəaliyyət istiqamətlərinə tikinti və xüsusilə karxana materiallarının satışı, həmçinin Azərbaycan Respublikasının bütün regionlarına çatdırılma daxil olmaqla nəqliyyat xidmətlərinin göstərilməsi aiddir.
Müəssisə peşəkar heyət və müasir texniki təchizat sayəsində istənilən həcmdə sifarişi operativ və yüksək keyfiyyətlə icra etmək imkanına malikdir. Fəaliyyət dövründə bir çox irihəcmli layihələrin həyata keçirilməsində əsas material təchizatçısı qismində çıxış etmişdir. Şirkət xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti və yenidənqurma proseslərində iştirak edən aparıcı podratçıların etibarlı tərəfdaşı olmuşdur.

Ölkədaxili layihələr çərçivəsində karxana məhsullarının daşınması həyata keçirilir. İnert materialların (qum, çınqıl və digər) nəqliyyat xidməti göstərilir.
Заказать
İnfrastruktur və tikinti layihələri çərçivəsində torpaq-qazıntı, əks-doldurma və obyekt daxili logistik-nəqliyyat xidmətlərinin göstərilməsi.
Заказать

TVM İnşaat MMC-nin rəhbərliyi adından Avşarlar İnşaat MMC-nin rəhbərliyinə dəyərli əməkdaşlıqları üçün təşəkkürlərimizi bildiririk.

” Silo Construction” MMC olaraq, “Avşarlar İnşaat” MMC-yə dəyərli əməkdaşlıqları üçün təşəkkür edirik.

Düzgün planlaşdırma təmir prosesində xərcləri optimallaşdırır və işlərin daha səmərəli şəkildə həyata keçirilməsini təmin edir.